Bakıda Aleksandr Blokun 140 illiyi qeyd edilib
Bakıdakı Rusiya İnformasiya
və Mədəniyyət
Mərkəzində (RİMM) “Ədəbi qonaq otağı” layihəsi çərçivəsində tanınmış rus şairi, yazıçı,
publisist, tərcüməçi,
rus poeziyasının
“Gümüş dövrü”nün
ən parlaq nümayəndələrindən biri Aleksandr Blokun (1880-1921) anadan olmasının 140 illiyinə
həsr edilmiş ədəbi-bədii gecə
keçirilib.
“Sənin mənə
meh gətirən nəğmələrin sevginin
ilk göz yaşları
kimidir” adlı ədəbi-bədii gecədə
Bakı Dövlət Universitetinin (BDU) nəzdində
fəaliyyət göstərən
Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova və universitetin tələbələri
iştirak ediblər.
Arzu Məmmədova
“Böyük rus şairi A.A.Blokun yaradıcılığının XXI əsrdə aktuallığı”
adlı məruzə ilə çıxış
edib.
BDU-nun Filologiya fakültəsinin
tələbəsi Nigar
Abdullayeva və Jurnalistika fakültəsinin
tələbəsi Mariya
Eyvazova şairin şeirlərini səsləndiriblər.
Tədbirin sonunda RİMM tərəfindən
iştirakçılara rus
yazıçı və şairlərinin kitabları hədiyyə
edilib.
Mədəniyyət.- 2020.- 2
dekabr.- S.7.