“Notların möcüzəsi”
Regionlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında “Notların möcüzəsi” adlı onlayn müsabiqə keçirilir.
Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən keçirilən müsabiqə Azərbaycan bəstəkarlarının və onların klassik əsərlərinin sosial şəbəkələrdə təbliğinə, klassik əsərlərin uşaq və yeniyetmələr tərəfindən ifa edilərək mənimsənilməsinə, musiqi məktəblərinin fəaliyyətinin təşviq edilməsinə, musiqi təhsili üzrə istedadlı və bacarıqlı uşaq və yeniyetmələrin üzə çıxarılmasına xidmət edir.
Şagirdlər Azərbaycan bəstəkarlarının klassik əsərlərinin bir parçasını ifa edərək müsabiqəyə qatıla bilər. İfalar dekabrın 8-dək videogörüntü şəklində təqdim edilməlidir. Müsabiqə şərtləri və qaydaları haqqında ətraflı məlumatı layihənin sosial şəbəkə hesabından (facebook.com/notlarinmocuzesi) əldə edə bilərlər.
Qeyd edək ki, müsabiqə Azərbaycan
Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının Mədəniyyət Nazirliyi
ilə birgə elan etdiyi
qrant müsabiqəsinin qalibi
olan “Notların möcüzəsi” estetik zövqün
formalaşdırılması layihəsi çərçivəsində
təşkil olunub. Layihənin məqsədi
regionlarda musiqi mədəniyyətinin
inkişafına töhfə verməkdir.
Mədəniyyət.- 2020.- 2
dekabr.- S.5.