“Ölüm də bir
zarafatdı”
Xalq şairi Zəlimxan
Yaqubun yeni kitabı
işıq üzü görüb
Azərbaycan poeziyasında özünəməxsus yeri olan və həmişə öz dəst-xətti ilə seçilən, artıq beş ildir həyatda olmasa da, əziz xatirəsi oxucularının qəlbində daim yaşayan Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. “Ölüm də bir zarafatdı” adlanan nəfis tərtibatlı kitabı nəşrə hazırlayan Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Yeni nəşr haqqında danışan Musa Nəbioğlu bildirib ki, söz ustadı Zəlimxan Yaqubun kitablarına hər zaman geniş oxucu kütləsinin tələbatı var: “Bu il Zəlimxan Yaqubun yubiley ildir – 70 yaşı tamam oldu. Ölkəmizdə koronavirusla əlaqədar kütləvi yubiley tədbirlərinin keçirilməsi mümkün olmasa da, ölməz şairin xatirəsini əsərlərindən seçmələrdən ibarət kitabla yad edib, sadiq oxucularına yeni poeziya buketi təqdim etməyi qərara aldıq”.
Musa Nəbioğlunun
sözlərinə görə, şairin daha bir neçə
kitabının nəşr edilməsi nəzərdə tutulur.
Mədəniyyət.-
2021.- 2 dekabr.- S.7.