“Aşıq
musiqisinin inciləri” layihəsi davam edir
Beynəlxalq Muğam Mərkəzi
(BMM) “Aşıq musiqisinin
inciləri” layihəsini
davam etdirir. Layihənin növbəti
təqdimatı kəlbəcərli
aşıq Allahverdi Qəmkeşə həsr olunub.
Allahverdi Əli oğlu Allahverdiyev (Allahverdi Qəmkeş) 1933-cü ildə
Kəlbəcər rayonunun
Şapılar kəndində
dünyaya göz açıb. Atası Əli kişi
ətraf bölgələrin
tanınmış aşıqları
ilə dostluq edirdi. O, oğluna yaxşı saz bağlatdırır, əvvəlcə
onu aşıq Şəmşirin, sonra da aşıq Ələsgərin yetirməsi
aşıq Ağayarın
yanına şagirdliyə
qoyur. Tezliklə Allahverdi Qəmkeş
adı ilə tanınan aşığın
sorağı Dağıstan,
Gürcüstan və
Orta Asiyadan da gəlir.
1993-cü ilin aprelində
Kəlbəcər rayonunun
Ermənistan tərəfindən
işğalından sonra
Allahverdi Qəmkeş
də cənnət yurd-yuvasından didərgin
düşür. 2002-ci ildə
doğma yurd həsrəti ilə dünyasını dəyişir.
2008-ci ildə aşıq
sənətinin bilicisi,
filologiya elmləri namizədi Elxan Məmmədlinin ön sözü ilə “Şair-aşıq Allahverdi
Qəmkeş xatirələrdə”
kitabı nəşr olunub.
Mədəniyyət.- 2020.- 2
dekabr.- S.5.