Tarix istehsal edən” emalatxana

 

Bu günlərdə sosial mediada qısa məlumat və bir neçə fotoşəkil yayıldı və hər kəsi heyrətləndirdi. Bütün hesablardan xəbərlər demək olar ki, bu başlıqla paylaşılmışdı: Kəlbəcərdə ermənilərin “tarix istehsal edən” emalatxanaları aşkarlanıb.

 

Erməni daş ustaları qədim qəbir daşları formasında hazırlanan abidələrin üzərinə əski hərflər, işarələr, ornamentxaç yonur, ona qədimi görünüş vermək üçün sirkədə saxlayıb, oksidləşdirirmişlər. Prosesə digər kimyəvi məhlullar da qataraq hazırladıqları daşları torpağa basdırır, bir müddət sonra datarixi erməni izləri” adı altında qazıntılar nəticəsində “üzə çıxarırlar”.

 

Bunu məhz Kəlbəcərdə icra etmələri və işğal altındakı digər rayonlarda da yaymaları özlüyündə bədnam qonşularımızın bizim üçün yeni olmayan saxtasarsaq “tarixşünaslıq” əməllərinin növbəti çürük nümunəsi olsa da, əslində, ciddiyə alınmalı bir mövzudur. Əlbəttə ki, tarix yazılır, yapılmır, yaradılır, yapışdırılmır. Amma qonşularımız “tarixşünaslıq” fəaliyyətlərini demək olar ki, daim davam etdiriblər və bu “dəlillərə” əsaslanaraq dünyaya “qədim erməni xalqı” barədə nağıllar söyləyirlər.

 

Məsələ ilə bağlı fikrini öyrəndiyimiz mütəxəssis, AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev ermənilərin növbəti qondarma tarix oyununu ifşa etmək üçün bu faktı gecikmədən beynəlxalq təşkilatların diqqətinə çatdırmağı vacib hesab edir.

 

Xatırladaq ki, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu dövrdə ermənilər burada saysız-hesabsız saxtalaşdırma cinayətləri həyata keçiriblər və bunun üçün müxtəlif metodlardan istifadə ediblər.

 

Həmsöhbətim qonşularımızın bu prosesi uzun illərdir apardıqlarını və onun nəticələrini “qazıntılar zamanı” üzə çıxardıqlarını deyir. Beləcə hələ sovet dönəmində, xalqların dost sayıldığı illərdə də bu fəaliyyəti həyasızcasına həyata keçiriblər: “Təkcə Qarabağda, Kəlbəcərdə və başqa ərazilərimizdə deyil, tarixi torpağımız olan Qərbi Azərbaycanda da daşları yonaraq üzərinə “xaçqarlar, “qədim erməni yazıları” həkk edərək torpağın altına basdırıblar. Təkcə qondarma yazılı daşları basdırmaqla kifayətlənməyiblər, həm də o daşları basdırdıqları yerlərin xəritələrini hazırlayıb çap ediblər ki, gələcəkdə “davamçıları” bu daşları axtaranda çətinlik çəkməsinlər. Onlar indiyə qədər minlərlə belə qondarma daşlar hazırlayaraq Azərbaycanın tarixi ərazilərində yerləşdiriblər”.

 

Ermənilərin saxta tarix quraşdırmaqda peşəkar olduqlarını deyən alimin sözlərinə görə, onlar bu  cinayəti işləyir, sonra da onları kitab halına salıb “mənbə”yə çevirir, xarici ölkələrdə, beynəlxalq aləmdə təbliğ edirlər. Maraqlısı da budur ki, adi müəllif materiallarına da böyük sərmayə və zaman sərf edərək ən müxtəlif ölkələrdə yaymağa çalışırlar: “Sadə bir faktı deyim ki, nə qədər irəliyə getdikləri haqqında təsəvvürünüz formalaşsın. Erməni yazıçılarından biri iddia edərək yazıb ki, guya VII Bizans ordusu Qarabağ bölgəsindən keçəndə “Tiqranakert” deyilən bir yerdə məskən salıb və sonradan Sasani qoşunları onları mühasirəyə alıb və sair. Sonrakı dövrlərdə onun yazdıqları üzərində erməni alimləri “araşdırmalar aparıblar”. Halbuki VIII əsrdən XIII əsrə qədər onlarla ərəbdilli qaynaqlar var. O qaynaqlarda bu bölgədə baş verən hadisələr tam incəliklərinə qədər qələmə alınıb, bütün toponimlərin – kəndlərin, şəhərlərin, çayların, dağların və s. adlarını əks etdiriblər. Necə ola bilər ki, bu qədim mənbələrdə ermənilərin iddia etdiyiTiqranakert” haqqında bir dənə də olsun xatırlatma yoxdur. Bütün bunlar onların həyata keçirdikləri saxtakarlıq siyasətinin göstəricisidir. Mən onları sovet dövründən tanıyıram. Bir dəfə İrəvan yaxınlığında arxeoloji qazıntı aparan bir erməni alimi mənə dedi ki, bu gün bu yazdıqlarım heç kəsə lazım deyil, amma yüz ildən, min ildən sonra bunlar lazım olacaq, oxunacaq, araşdırılacaq. Ona görə bunları nəşr edirik ki, gələcək nəsillər istifadə etsinlər”.

 

İşğaldan azad edilən Qarabağ torpaqlarında arxeoloji qazıntıları bərpa edəcəyik. Onların “xaçqarlar adı ilə hazırlayıb torpağa basdırdıqları o saxtakarlıq nümunələri də üzə çıxacaq”, – deyə müsahibim bildirir.

 

Təvəkkül Əliyev “xaçqarsözünün haça daşlar mənasını ifadə etdiyini də diqqətə çatdırdı: “Bizim ana dilimizdə olan haça sözündən əmələ gəlib. Ermənilər və digər bizimlə qonşuluqda yaşayan xalqların bəziləri “h” səsini işlədə bilmirlər, ona görə də onux” ilə əvəzləyiblər. İki daşı, yaxud iki ağacı çarpaz şəkildə qoyanda haça əmələ gəlir. Ermənilər haça daşları “xaçqar” adı ilə xüsusi emalatxanalarda düzəldib bizim torpaqlarımıza basdırırlar. Biz bunun qarşısını almaq üçün təcili tədbirlər görməyə başlamalıyıq. Çünki sabah ermənilər dünyaya car çəkəcəklər ki, azərbaycanlılar bizim “xaçqar”ları dağıdırlar. Beynəlxalq təşkilatların, xüsusən də UNESCO-nun diqqətinə ermənilərin saxta, qondarma tarix oyununu çatdırmalıyıq. Bu istiqamətdə hərtərəfli təbliğat aparmalıyıq. Ermənilərin uzun illərdir ki,  bu cür qondarma tarix quraşdırdıqlarını göstərməliyik. Bu saxtakarlığı təsdiqləyən bütün faktları toplayıb beynəlxalq qurumlara çatdırmalıyıq. Digər tərəfdən işğal elədikləri ərazilərdəki dağıtdıqları mədəni irsimizi, mənimsəyib gizlədikləri, dünyaya səpələdikləri nümunələrimizi də geri tələb etməliyik”.

 

H.RÜSTƏMOVA

 

 

Mədəniyyət.- 2021.- 2 dekabr.- S.7.