Ukrayna səfirliyinin nümayəndələri Milli Kitabxanada olublar

 

Ukraynanın ölkəmizdəki səfirliyinin müşaviri Sergiy Xabenko və mədəni-humanitar məsələlər üzrə 1-ci katibi Georgiy Selskiy noyabrın 27-də Azərbaycan Milli Kitabxanasında olub.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşən qonaqlar kitabxananın fəaliyyəti, təcrübəsi ilə yaxından tanış olmaq istədiklərini bildiriblər. Sergiy Xabenko pandemiya dövründə Azərbaycan Milli Kitabxanasının onlayn fəaliyyətini yüksək qiymətləndirərək deyib ki, pandemiya dövründə dəfələrlə kitabxananın elektron kataloqelektron kitabxanasından, sənədlərin sifarişielektron çatdırılması bölməsindən istifadə edib. O, Milli Kitabxananın operativ onlayn xidmətlərinin səviyyəsindən çox məmnun qaldığını vurğulayıb.

 

Ukraynalı diplomatlar iki ölkə arasında mədəni əməkdaşlıq barədə fikirlərini də bölüşərək, kitabxana işi sahəsində də əlaqələri inkişaf etdirmək, birgə layihə və tədbirlər keçirmək istədiklərini bildiriblər.

 

Direktor Kərim Tahirov qonaqlara Milli Kitabxana haqqında məlumat verərək, yeni layihələrdən, kitabxananın beynəlxalq əlaqələrindən söz açıb, o cümlədən Ukrayna Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair ikitərəfli müqavilənin olmasını və informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

 

Kərim Tahirov Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında açılmış daimi Ukrayna guşəsi barədə də qonaqlara məlumat verib. O, iki ölkə arasında kitab mübadiləsinin və əməkdaşlığın davamlı olmasının vacibliyini bildirərək tezliklə Ukrayna Milli Kitabxanasında da Azərbaycana dair guşənin açılacağını deyib.

 

Ukrayna səfirliyinin müşaviri Milli Kitabxanaya kitablar hədiyyə edib. Kərim Tahirov kitablara görə minnətdarlığını bildiribonaMilli Kitabxana. Fotoalbom” (Azərbaycan, rusingilis dillərində), “Qobustan – minilliklərin kitabı” (Azərbaycan və rus dillərində), “Azərbaycan xalçaları dünya kolleksiyalarında” (Azərbaycan və ingilis dillərində) kitablarını təqdim edib.

 

 

Mədəniyyət.- 2020.- 2 dekabr.- S.7.