Doğma diyar”ın sərgi-pleneri

 

 

Doğma diyarənənəvi rəsm müsabiqəsinin növbəti mərhələsi başa çatıb. Fevralın 3-də Xətai Sənət Mərkəzində müsabiqədə uğur qazanan müəlliflərin sərgi-pleneri keçirildi.

Müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki, müsabiqə üçün respublikamızın müxtəlif bölgələrindən 1200-dən çox uşaq yeniyetmə virtual qaydada 2000-dən çox əsər təqdim edib. Münsiflərin seçimindən sonra 17 uşaq sərgi-plenerdə iştirak haqqı qazanıb, onların 70-ə yaxın əsəri nümayiş olunur.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov qeyd etdi ki, sərginin keçirilməsində əsas məqsəd uşaq yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hisslərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq yaradıcılıq duyğularının formalaşdırılması, habelə onların rəssamlıq sənətinə marağının stimullaşdırılmasıdır. Vurğulandı ki, seçim zamanı müəllifin yaşı, duyğu düşüncələri nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi əsərin ideyası əsas götürülüb.

Xətai Sənət Mərkəzində fəaliyyət göstərən rəsm studiyasının rəhbəri Əbdül Şərifov qalibləri təbrik edərək onlara uğurlar arzuladı.

Sonda sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla təltif olundular.

Qeyd edək ki, müsabiqədə seçim 12 yaşa qədər 12-17 yaş kateqoriyaları üzrə aparılıb.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 5 fevral.- S.2.