Xalça muzeyində daun
sindromlu uşaqlar üçün tamaşa
Yanvarın 31-də Azərbaycan Milli Xalça Muzeyində Gənclər Günü münasibətilə daun sindromlu uşaqlar üçün tədbir təşkil edilib.
Muzeyin direktoru Şirin Məlikova bildirib ki, daun sindromlu uşaqlar arasında müxtəlif istedad sahibləri var. O, tədbir çərçivəsində uşaqlar üçün toxuculuq, rəssamlıq üzrə ustad dərslərinin keçiriləcəyini deyib.
“Qayğı” Sağlam Nəsil naminə İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova təmsil etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, mərkəz 2013-cü ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. 250-dən çox daun sindromlu uşağın olduğu mərkəzdə loqoped, pedaqoq, psixoloq, rəqs, xalçaçılıq, heykəltəraşlıq və idman üzrə peşəkar şəxslər çalışır. Burada tez-tez uşaqların əl işlərindən ibarət sərgi açılır.
Daha sonra
daun sindromlu uşaqlar üçün
tamaşa nümayiş
olunub.
Mədəniyyət.- 2020.- 5
fevral.- S.3.