Gənclər Günü ilə bağlı tədbirlər

 

 

Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Vətənimizin gələcəyi olan gənclər” adlı bayram tədbiri keçirilib.

Tədbirdə regional idarənin rəisi Mirvari Zeynalova çıxış edərək, ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Mədəniyyət Mərkəzinin direktoru Ağəli Cəlilov və başqa çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu, onların cəmiyyətin fəal qurucularına çevrildiyini bildiriblər.

Bayram tədbiri konsert proqramı ilə davam edib.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Tərtər rayon Heydər Əliyev Mərkəzində gənc təhsil, mədəniyyət işçiləri mərkəzin könüllülərinin iştirakı iləGənclərlə əl-ələadlı dəyirmi masa keçirilib.

Regional idarənin əməkdaşı Ceyhun İsmayılzadə digər çıxış edənlər vurğulayıblar ki, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək diqqət göstərməsi Azərbaycan gəncliyində, öz gücünə, istedadına inam hissini artırır.

***

Gəncədəki Heydər Əliyev Mərkəzində şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, ümummilli liderin əsasını qoduğu siyasət bu gün davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları həyata keçirilir. Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində təmsil olunur özlərini doğruldurlar. Ölkədə aparılan islahatlar innovativ düşüncəyə malik, savadlı gənclərin yetişməsini tələb edir. Gəncliyin potensialından səmərəli istifadə etmək məqsədilə bir sıra addımlar atılır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilinKönüllülər ilielan edilməsi bu məqsədə xidmət edir.

Gənclər İdman Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüsal Mirzəyev 2019-cu ildə gənclərlə idman sahəsində həyata keçirilən layihələrdən söz açıb, əldə olunan uğurlardan danışıb.

Tədbirdə bir qrup gənc Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və gənclərlə sahəsində səmərəli fəaliyyətinə görə İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

 

Mədəniyyət.- 2020.- 5 fevral.- S.4.