Van Qoqun avtoportreti ilə bağlı müzakirələrə son qoyulub

 

 

Dünya şöhrətli Niderland rəssamı Vinsent Van Qoqun Norveç Milli Muzeyində nümayiş etdirilən avtoportretinin özünə aid olub-olmamağı uzun illərdir müzakirə mövzusu idi. Həmin müzakirələrə son qoyan tədqiqat artıq başa çatıb.

Beşillik araşdırmadan sonra əsərin Van Qoqa aid olduğu sənədləşdirilib. Məşhur rəssamın 1889-cu ildə psixozdan müalicə alarkən bu avtoportreti çəkdiyi ortaya çıxıb.

Norveç Milli Muzeyi əsəri Niderlandın Amsterdam şəhərindəki Van Qoq Muzeyinə göndərib. Portret mayın 24-dək orada nümayiş olunacaq, sonra Norveç Milli Muzeyinə qaytarılacaq.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2020.- 5 fevral.- S.8.