Yeddi nar çubuğu” yenə səhnədə

 

 

 

Kukla teatrının repertuarına bu ilin yanvarından daxil olanYeddi nar çubuğu” tamaşası fevralın 8-də növbəti dəfə nümayiş etdiriləcək.

İbrətamiz məişət nağıllarımızdan olanYeddi nar çubuğunun motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur. Əməkdar artist Qurban Məsimovun quruluş verdiyi səhnə əsərində fərqli kukla texnikalarından istifadə olunub. Obrazları əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırır. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Qeyd edək ki, səhnə əsəri “ITALDIZAIN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evinin dəstəyi ilə ərsəyə gəlib.

 

Mədəniyyət.-2020.- 7 fevral.- S.2.