EşqÖlüm” müəllifin yubileyi münasibətilə nümayiş olunub

 

 

 

Fevralın 6-da Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Xalq artisti, professor Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın “EşqÖlümbaleti nümayiş olunub.

“Kitabi-Dədə Qorqudeposunun motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Səhnə əsəri rusiyalı xoreoqraf Nadejda Malıginanın quruluşunda təqdim edilib. Tamaşanı teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.

Əsas partiyaları əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan), Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) ifa edib.

Balet ilk dəfə Azərbaycan Dövlət OperaBalet Teatrında 2005-ci ildə Vyana Balet Akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Səhnə əsəri həmin ilMoskvada Akademik Böyük TeatrdaSankt-Peterburqun Mariinsk Teatrının səhnəsində də təqdim olunub.

 

Mədəniyyət.-2020.-7 fevral.- S.2.