Təhsil naziri tələbələrin
əl işlərinə və tamaşasına baxıb
Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub. Nazir tədris prosesi ilə tanış olduqdan sonra təhsil müəssisəsinin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb.
ADMİU-nun rektoru Ceyran Mahmudova bildirib ki, mədəniyyət və incəsənət sahəsi üçün ixtisaslı kadrlar yetişdirən ali təhsil müəssisəsində 2 min 265 tələbə təhsil alır. Universitetin tələbələri ölkənin mədəni həyatında fəal iştirak edirlər.
Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, universitetlər güclü rəqabət imkanlarına malik olmalıdır. Dövrün çağırışları hər bir universitetdən öz keyfiyyətini artırmağı və fəaliyyətini innovativ tədris texnologiyaları əsasında qurmağı tələb edir.
Daha sonra
Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin
əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Nazir Teatr sənəti fakültəsi tələbələrinin
məşq prosesində olub və ADMİU-nun “SABAH” qrupları tələbələrinin
ifasında “Tiran Edip”
tamaşasını izləyib.
Mədəniyyət.-2020.- 7 fevral.-
S.4.