Liseydə Elçin Hüseynbəyli ilə görüş

 

  Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli ilə görüş olub.

Tədbirin aparıcısı – dil-ədəbiyyat müəlliməsi Gülarə Həmidova bildirib ki, yazıçının “Firuzə qaşlı xəncər” hekayəsi orta məktəb proqramı üzrə 5-ci sinifdə, “Nəvə” hekayəsi isə 7-ci sinifdə tədris olunur.

O, yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verdikdən sonra qeyd edib ki, hələ 7 il öncə Elçin Hüseynbəyli bu məktəbdə şagirdlərlə görüşüb. Həmin şagirdlər məzun olsalar da, o görüşü indi də xatırlayırlar.

Sonra görüş şagirdlərlə yazıçının dialoqu əsasında davam edib. Söhbət zamanı məlum olub ki, şagirdlər ədəbiyyata ciddi maraq göstərir və yazıçının bir sıra əsərləri ilə tanışdırlar.

Görüşdə şair İlqar Türkoğlu da iştirak edib. O, cavanlıqda yazdığı şeirləri şagirdlər üçün səsləndirib. Sonda xatirə şəkli çəkdirilib.

 

Mədəniyyət.-2020.- 7 fevral.- S.4.