“Yaza bilməyən
yazıçı”
Fevralın 6-da Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın (Bayramqızı) “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı olub.
MKS-nin direktoru Lətifə Məmmədova çıxış edərək kitabda müəllifin son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş yazılarının toplandığını söyləyib. Bildirib ki, kitabda, həmçinin müəllifin ilk kitabından (“Qəlbimin istəkləri”) şeirləri də yer alıb.
Tədbirdə direktor müavini Könül Vəliyeva, Q.Musabəyov adına 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova, A.Şaiq adına kitabxana filialının əməkdaşı Aybəniz Əliyeva və başqaları müəllifin yazılarını daim izlədiklərini bildiriblər.
Sonda müəllif tədbirin
təşkilinə görə təşəkkür edib, kitablarını iştirakçılara
və kitabxanaya hədiyyə edib.
Mədəniyyət.-2020.- 7 fevral.-
S.4.