Regionun ən böyük səyahət bazarına maraq artır

 

 

 

Aprelin 29-da Bakıda “Travel Businness Azerbaijan 2020” beynəlxalq səyahət bazarı təşkil ediləcək. Tədbirdə iştirak etmək üçün turizm qonaqpərvərlik sahəsində fəaliyyət göstərən 200-dən çox yerli xarici şirkətin qeydiyyatı artıq təsdiqlənib. Regionun ən böyük səyahət bazarı rolunu oynayacaq tədbirə qeydiyyat davam edir.

Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ilk dəfə keçiriləcək tədbirə Yaxın Şərq Avropa ölkələri, Rusiya, Qazaxıstan, Ukrayna, Hindistan, Pakistan, Yaponiya Koreya kimi ölkələr daxil olmaqla ümumilikdə 50 ölkədən iştirakçıların qatılacağı gözlənilir.

Bakı Konqres Mərkəzində keçiriləcək “Travel Businness Azerbaijan 2020” ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.

Tədbirin məqsədi turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq imkanlarına şərait yaratmaq, qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.

Qeyd edək ki, Dünya Turizm Təşkilatının son hesabatında Azərbaycan yeni populyarlaşan 20 ölkənin sırasında yer alıb. Hesabatda vurğulanır ki, dünyanın əsas turizm istiqamətləri sürətlə dəyişir. Hesabata əsasən, ötən ilin ən çox turist qəbul edən ölkəsi Fransa olsa da, digər populyar istiqamətlərdə azalma müşahidə olunub. Bununla yanaşı, yeni və cəlbedici istiqamətlər yaranıb ki, onlardan biri də Azərbaycandır. Mütəxəssislərin proqnozlarına görə, Azərbaycanın hava nəqliyyatı sistemində bu ildən etibarən həyata keçiriləcək açıq səma siyasəti ölkəyə turizm axınını daha da artıracaq.

 

Mədəniyyət.-2020.- 7 fevral.- S.4.