Tenor soydaşımız Polşa səhnəsində
Polşanın Kaliş şəhərində müəllimlər xorunun 10 illik yubiley konserti keçirilib. Konsertə fəxri qonaq kimi azərbaycanlı tenor Tərlan Şahbazlı da dəvət olunub.
Proqramda Polşa və dünya bəstəkarlarının yaradıcılığına müraciət edilib. Həmyerlimiz polyak dilində üç, italyan dilində bir mahnı ifa edib. Tenorumuzun çıxışı maraqla qarşılanıb.
Qeyd edək ki,
hazırda Polşada yaşayan
Tərlan Şahbazlı, ölkəmizlə bağlı tədbirlərdə
iştirak etməklə yanaşı, həm
də yerli əhəmiyyətli tədbirlərə
dəvət alır.
Mədəniyyət.- 2020.- 7
fevral.- S.8.