5-ci Buktreyler
Festivalına start verilib
2016-cı
ildən Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə reallaşan ənənəvi Buktreyler
Festivalı bu il 5-ci dəfə
təşkil olunacaq. Ölkəmizdə kitaba və mütaliəyə marağın təşviqi,
həmçinin film sənayesində
yeni istedadların müəyyən edilməsi
məqsədi daşıyan
festival hər il 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günü
ərəfəsində keçirilir.
Festivalın təsisçisi, kinoaktyor,
prodüser Ruslan Sabirli bildirib ki, bu il 2 fevral – Gənclər Günündə
start götürən festival öz ətrafında istedadlı gəncləri
toplamaqla bir yaradıcı gənclər
hərəkatına çevrilib
və festivala müraciət edənlərin,
qəbul edilən buktreylerlərin sayı ildən-ilə artmaqdadır.
23 apreldə yekun vurulacaq festivalın qalibləri bu il də
tanınmış sənət
xadimlərindən ibarət
münsiflər heyəti
tərəfindən müəyyən
olunacaq.
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular
arasında təbliğinə
istiqamətlənmiş, onun
ən parlaq və tanınan anlarını özündə
əks etdirən videoçarx və ya treylerdir. Festivalın məqsədləri
kitab və mütaliənin cəmiyyətimizdə
təbliği, mütaliəyə
münasibətin yaradıcı
formalarının inkişafı
və dəstəklənməsi,
kino sahəsində istedadlı və yaradıcı gənclərin
(rejissor, operator, rəssam,
aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin
incəsənət və
biznesdə bir istiqamət kimi inkişaf etdirilməsidir.
Festivalın təşkilati dəstəkçiləri
Mədəniyyət Nazirliyi,
Beynəlxalq Muğam Mərkəzi, əsas tərəfdaşı “Azercell”
şirkətidir.
Festival barədə ətraflı
məlumatı www.booktrailer.az internet səhifəsindən və
ya festivalın sosial şəbəkələrdəki
hesablarından əldə
etmək mümkündür:
Instagram:
https://www.instagram.com/BooktrailerFest
Facebook:
https://www.facebook.com/BooktrailerFest
Həmçinin e-mail vasitəsilə müraciət etmək mümkündür: festival2020@booktrailer.az
Mədəniyyət.- 2020.- 7
fevral.- S.8.