İslam mədəniyyətində birgəyaşayış
təcrübəsi
Aprelin 16-17-də Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək simpoziumun müsəlman cəmiyyətləri arasında birgəyaşayışla əlaqədar təcrübələrdən istifadə etməklə bu sahədə tədqiqatları üzə çıxarmaqdır.
Elmi simpozium həmçinin Azərbaycan
və Türkiyə nümunəsində birgəyaşayış
təcrübəsinin gələcək rolunu
müəyyənləşdirmək və təşviq etmək,
iki ölkə əlaqələrinin daha möhkəm və davamlı
olmasını təmin etmək məqsədi
daşıyır.
Mədəniyyət.- 2020.- 12
fevral.- S.2.