Memar-rəssamın fərdi sərgisi

 

 

Fevralın 12-də “Yeni Qallery” Bakı İncəsənət Mərkəzində memar-rəssam, Memarlar İttifaqının üzvü Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açılacaq.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) Memarlıq fakültəsini bitirən Z.İmanzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda işləyib. Elmi fəaliyyətlə yanaşı binaların layihələndirilməsi və interyer dizaynı sahəsində də fəaliyyət göstərib. O, layihə-memarlıq fəaliyyətindən əlavə təsviri sənətin qrafika janrı ilə də məşğul olur, maraqlı əsərlər ərsəyə gətirir. Onun əsərlərində rənglərin və formaların qarşılıqlı əlaqəsini, bütövlüyünü təyin edən dolğun bir kompozisiya nəzərə çarpır.

Yeni Qallery”dəki sərgi fevralın 16-dək ziyarətçilər üçün açıq olacaq.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.3.