“Azərbaycan incəsənəti: öyrənərək
öyrədək”
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında 8, 12, 16 və 38 saylı məktəblərin 7-8-ci sinif şagirdləri arasında “Azərbaycan incəsənəti: öyrənərək öyrədək” adlı viktorina keçirilib.
Kitabxananın əməkdaşı Leyla Mahmudova bildirib ki, yarışın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə, onların milli-mənəvi sərvətlərimiz və incəsənətimiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Müsabiqə bədii ədəbiyyat, kino, rəqs, musiqi, rəsm
əsərləri, bəstəkarlar və rəssamlar,
memarlıq və abidələr mövzuları üzrə təşkil
edilib. Dörd mərhələdən
ibarət yarışın qalibi 8 nömrəli
məktəbi təmsil edən “Buta”
komandası olub. Qalib
komandanın üzvləri Sumqayıt Regional
Mədəniyyət İdarəsinin fəxri fərmanı və
kuboku ilə təltif edilib.
Mədəniyyət.- 2020.- 12
fevral.- S.4.