Humboldt Universitetində
Azərbaycan tarixinə
dair kollokvium
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası hər həftə ölkəmizlə
bağlı elmi kollokviumlar keçirir. Bu tədbirlərə Almaniya
və digər Avropa ölkələrindən
olan azərbaycanşünaslarla
bərabər, Azərbaycandan
da mütəxəssislər
dəvət edilir.
Kollokviumun budəfəki yığıncağında
məruzəçi qismində
Bakı Dövlət Universitetinin professoru Lalə Əliyeva çıxış edib. Alimin “Müstəmləkə
dövründə və
müstəqillik dövründə
Azərbaycanda tarixi yaddaş və tarixin yazılması” adlı məruzəsi maraqla qarşılanıb.
Professor Lalə Əliyeva
məruzədə Azərbaycan
tarixşünaslığının XIX əsrdən bu günə qədər əldə etdiyi əsas nailiyyətləri
dinləyicilərin nəzərinə
çatdırıb. O, ölkəmizin
və xalqımızın
ən qədim tarixi və etnogenezi ilə bağlı mövcud olan müxtəlif nəzəriyyə və elmi ehtimallara da xüsusi yer ayıraraq bunların hər birini təhlilə cəlb edib, eyni zamanda tarix
elmimizin inkişafında
xidməti olan görkəmli alimlərimizin
tədqiqatçılıq uğurlarını qeyd edib.
Sonda məruzəçinin
irəli sürdüyü
tezislər və əsaslandığı tarixi
fakt materialı ətrafında maraqlı diskussiyalar aparılıb.
Humboldt Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux Bakıdan gələn qonağa dərin məzmunlu və əhatəli məruzəsinə görə
bütün dinləyicilər
adından təşəkkürünü
bildirib.
Qeyd edək ki,
Lalə Əliyeva iki həftə ərzində
Humboldt Universitetinin tələbə
və doktorantları üçün Azərbaycan
tarixi üzrə mühazirələr oxuyacaq və seminarlar
keçəcək.
Mədəniyyət.- 2020.- 12
fevral.- S.6.