“Natiq”
ritm qrupu “Zərb şou”da
Xalq artisti, nağara ifaçısı Natiq Şirinovun rəhbərlik
etdiyi “Natiq” ritm qrupu Daşkənddə
keçirilən “Zərb
şou” konsertində iştirak edib.
Konsert Özbəkistanda
tanınan doyra (nağara) ustası, Əməkdar artist Abbas Qasımovun yaradıcılığına
həsr olunub.
“Abbas Qasımov və onun dostları”
adlı gecədə sənətçinin müxtəlif
ölkələrdə keçirilən
musiqi festivallarında
iştirakından, qazandığı
uğurlardan söz açılıb.
Konsert proqramında
Abbas Qasımov ayrılıqda və Natiq Şirinovla birgə nağarada yaddaqalan musiqi nömrələri ifa edib. “Natiq” ritm
qrupunun ifasını isə tamaşaçılar
ayaq üstə alqışlarla qarşılayıblar.
Sonda Özbəkistandakı
Azərbaycan Milli Mədəniyyət Mərkəzinin
sədri Firdovsi Hüseynov
Natiq Şirinova
özbək milli geyimi
– çapan hədiyyə edib.
Mədəniyyət.- 2020.- 12
fevral.- S.8.