Vyana Ştraus
Festival Orkestrinin Bakıda
növbəti konserti
Fevralın 8-də Heydər Əliyev
Mərkəzində Vyana
Ştraus Festival Orkestrinin konserti olub. Konsert orkestrin yaradıcısı
və bədii rəhbəri Peter Qutun rəhbərliyi ilə keçib.
Konsertdən əvvəl Peter Qut möhtəşəm memarlıq
üslubunda inşa olunan Heydər Əliyev Mərkəzində
artıq dördüncü
dəfə çıxış
etməkdən məmnunluğunu
bildirib. O, proqramda dünya şöhrətli
avstriyalı bəstəkar,
“valsın kralı” İohann Ştrausun, həmçinin digər Vyana klassiklərinin – ata İohann Ştraus, Yozef
Lanner, Robert Stolz, Yozef
Ştraus, Eduard Ştraus
və Karl Mixael Tsirerin əsərlərinin
yer aldığını
diqqətə çatdırıb.
Peter Qut konsert zamanı
Ştraus dövrünün ənənələrinə
sadiq qalaraq həm skripkada ifa edib, həm
də dirijorluq edib. Əsərlərin yüksək peşəkarlıqla
təqdim olunduğu, tamaşaçılarla səmimi
ünsiyyət şəraitində
keçən konsert maraqla qarşılanıb.
Xatırladaq ki, məşhur kollektiv 2014-cü, 2016-cı və
2018-ci illərdə də
Bakıda – Heydər Əliyev Mərkəzində
çıxış edib.
Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir.
Vyana musiqi ənənələrinin
qoruyucusu olan kollektiv klassik əsərlərdən, o cümlədən
Ştrauslar sülaləsinin
bəstələrindən ibarət
geniş repertuarı ilə dünyada şöhrət qazanıb.
Mədəniyyət.- 2020.- 12
fevral.- S.8.