İsveçdə “Can Qarabağ” sənədli filminin təqdimatı

 

 

İsveçdə yaşayan rejissor Rahim Sadıqbəylinin “Can Qarabağ” adlı filminin təqdimat mərasimi keçirilib.

Tədbirə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyevin rəhbərliyi ilə İsveçdə səfərdə olan nümayəndə heyəti, bu ölkədəki səfirliyimizin birinci katibi Vaqif Seyidbəyov, İsveç, Norveç, Finlandiya və Danimarkadakı diaspor fəalları qatılıb.

Ekran əsərində İsveç-Azərbaycan Dərnəyinin (SAF) nəzdində fəaliyyət göstərən “Qarabağuşaq milli rəqs qrupu, SAF dərnəyinin rəhbəri Sevda Dadaşovaqrupun müəllimlərinin fəaliyyətindən bəhs olunur. Bildirilir ki, “Qarabağuşaq milli rəqs qrupu mədəniyyətimizi tanıtmaqla yanaşı, öz fəaliyyəti ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri və qaçqınlarımız haqqında məlumatlar da yayır.

Tədbirdə SAF-ın nəzdində fəaliyyət göstərən “Qarabağuşaq milli rəqs qrupunun rəhbərliyi və üzvlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin diplom və hədiyyələri təqdim edilib.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.8.