Həmvətənimiz “Qızıl göz” mükafatına layiq görülüb

 

 

 

Rusiyada yaşayan həmvətənimiz, tanınmış kinorejissor, ssenarist və fotorəssam, Azərbaycanın Xalq artisti, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Tofiq Şahverdiyev Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının “Qızıl göz” mükafatına layiq görülüb.

Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının mükafatları Rusiya Jurnalistlər İttifaqında təşkil edilən “Mətbuat balı”nda təqdim edilib.

Mərasimdə həmvətənimizlə yanaşı Dünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenko, Rusiya televiziyasının veteranı Aleksandr Tixomirov, “Moskovski komsomolets” nəşrinin baş redaktoru Pavel Qusev və başqaları da mükafatlandırılıblar.

 

Mədəniyyət.- 2020.- 12 fevral.- S.8.