“Hamlet-X” tamaşası
nümayiş olunub
“Rebus” teatrının hazırladığı “Hamlet-X” tamaşası fevralın
10-da Mədəniyyət Nazirliyinin
dəstəyi ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş etdirilib.
Tamaşa Vilyam Şekspirin “Hamlet” əsəri əsasında
hazırlanıb.
Rejissor Ceyhun Dadaşov nümayişdən
öncə səhnə
əsəri haqqında
məlumat verib. Bildirib ki,
“Hamlet-X” tamaşası plastika
üzərində qurulub.
Burada hadisələrin açılmasında
simvollara böyük yer verilib. Tamaşanın janrını isə
psixo-plastik qrotesk kimi müəyyənləşdirmək
olar. Proseslər Hamletin qarabasması
kimi də dəyərləndirilə bilər.
“Bütün baş verən hadisələr ola bilər
ki, artıq baş verib, bəlkə də heç vaxt baş verməyəcək.
Bəlkə də bütün
hadisələr əslində
tamam başqa şəkildə baş verib. Biz isə
“Hamlet-X” tamaşasında bütün
hadisələrə Hamletin
gözü ilə baxırıq və hər şeyi onun baxış bucağından dəyərləndiririk”,
- deyə rejissor əlavə edib.
Tamaşada Əli Əlizadə
(Klavdi), Natavan
Abbaslı (Gertruda), Ziya
Ağa (Paloni), Rasimə
Abbasova (Ofeliya), Elnur İsmayılov (Rozenqrans,
Gildenstern, Ata), Ceyhun Dadaşov (Hamlet) çıxış ediblər.
Mədəniyyət.- 2020.- 12
fevral.- S.3.