Gənc Tamaşaçılar Teatrında “Dəli yığıncağı”nın premyerası

 

 

Fevralın 15-də və 16-da Dövlət Gənc Tamaşaçılar Teatrında Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında səhnələşdirilən “Dəli yığıncağı” tamaşasının premyerası olacaq.

Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa müəllifin 150 illik yubileyi münasibətilə hazırlanıb. Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssamı Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər  Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları rol alıblar.

Xatırladaq ki, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” ötən il yeni quruluşda (rejissor – Əməkdar incəsənət xadimi Bəhram Osmanov) Akademik Milli Dram  Teatrında da tamaşaya qoyulub.

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.1.