“Naxçıvandan dünyaya

 

 

 

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvandan dünyayasosial çarx və qısa filmlər müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Gənclər Mərkəzində keçirilən tədbirdə çıxış edən muxtar respublikanın Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, gənclərin incəsənətin müxtəlif sahələrinə marağının gündən-günə artması gənc nəsildə yaradıcı düşüncənin formalaşmasına səbəb olur. Diqqətə çatdırılıb ki, ötən il noyabrın 15-dən elan olunan “Naxçıvandan dünyayasosial çarx və qısa filmlər müsabiqəsinin keçirilməsində əsas məqsəd gənc istedadların üzə çıxarılması, qədim diyarımızın görkəmli şəxsiyyətlərinin, xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğidir.

Natəvan Qədimova qalibləri təbrik edib, müsabiqənin bütün iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada müasir gəncliyin inkişafı üçün yaradılan hərtərəfli şəraitdən danışıb.

Gənclərin aktivliyinin artırılması və onların yaradıcılıq fəaliyyətlərinə cəlb edilməsi məqsədilə bu cür tədbirlərin davamlı təşkil olunacağını diqqətə çatdıran Cəbi Quliyev qalib müəllifləri təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.

Sonra müsabiqə qalibləri mükafatlandırılıb. Qeyd olunub ki, müsabiqəyə 18-35 yaş arasında həvəskar müəlliflər tərəfindən 17 sosial çarx və qısa film təqdim edilib.

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.5.