“Yazıçı və zaman...”
mövzusunda beynəlxalq simpozium
Minskdə Belarus İnformasiya Nazirliyinin, Belarus Yazıçılar İttifaqının, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun təşkilatçılığı ilə “Yazıçı və zaman: ədəbiyyat mədəniyyətlər dialoqunun tərkib hissəsi kimi” mövzusunda beynəlxalq simpozium keçirilib.
Simpozium 27-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təşkil edilib. Xatırladaq ki, sərgi-yarmarkada Mədəniyyət Nazirliyi, “Azərnəşr”, “Şərq-Qərb” nəşriyyatları, Respublika Gözdən Əlillər Kitabxanası iştirak edib.
Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi
və dünya ədəbiyyatı
kafedrasının professoru, “Azərbaycanda
rus dili və ədəbiyyatı”
jurnalının baş redaktoru
Flora Naciyeva
“Yazıçı, kitab, zaman”
adlı dəyirmi masada çıxış
edib. F.Naciyeva simpoziumda Beynəlxalq Yazıçılar və
Publisistlər İttifaqının üzvü
seçilib.
Mədəniyyət.- 2020.- 14
fevral.- S.4.