ABŞ şirkətinin Əlyazmalar İnstitutunda seminarı

 

 

Fevralın 12-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Beynəlxalq əlaqələr şöbəsi ABŞ-ınClarivate Analytics” şirkətinin birgə təşkilatçılığı ilə “Web of Science” bazasından istifadə qaydaları üzrə Əlyazmalar İnstitutunda seminar keçirilib.

Alim, doktorant dissertantların iştirak etdiyi seminarıClarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakaeva aparıb.

EkspertWeb of Science” məlumat bazasının humanitar elmlər üzrə jurnalları ilə işləmək, seçim şərtləri, məqalələrin başlıqlarının jurnallara uyğunlaşdırılması və üslubu, akademik ingilis dilində yazma metodları, eləcə də impakt faktorlu jurnallar, istinad üzrə reytinq səviyyəsi (kvartillər) və s. haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.

 

Mədəniyyət.- 2020.- 14 fevral.- S.7.