Xocalı qurbanlarının xatirəsinə ithaf

 

 

 

Fevralın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə təqdim olunacaq səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnə tərtibatçısı Gürcüstanın Tumanaşvili adına teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.

Mədəniyyət.- 2020.- 14 fevral.- S.5.