Aprel şəhidinin
xatirəsi yad edilib
2016-cı
ilin Aprel döyüşlərində şəhid
olmuş Mahir Mirzəyevin anadan olmasının 26-cı ildönümü
ilə bağlı fevralın 17-də Qara Qarayev adına
Mərkəzi İncəsənət
Məktəbində xatirə
tədbiri keçirilib.
Tədbirdən öncə Nərimanov
rayon gənclərinin və
şəhid Mahir Mirzəyevin qohumlarının
iştirakı ilə
şəhidin məzarı
ziyarət edilib.
Tədbirdə şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, qohumları, şəhid ailələri iştirak ediblər.
Şəhid anası Kifayət
Babaşova, şəhid
oğlu Cəsarət
Aslanov, şəhid ataları Seyfəddin Qurbanov və Şakir Niftalıyev, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, gənc yazar Manya Səxavətqızı
çıxış edərək
Aprel döyüşlərində
zabit və əsgərlərimizin göstərdikləri
böyük hünər
və igidlikdən söhbət açıblar.
Şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev tədbir təşkilatçılarına təşəkkürünü bildirərək oğlu haqqında danışıb. Vurğulanıb
ki, Mahir Mirzəyev göstərdiyi
qəhrəmanlığa görə
ölümündən sonra
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
ilə “Hərbi xidmətdə fərqlənməyə
görə” III dərəcəli
medalı ilə təltif edilib.
Sonra musiqi nömrələri ifa edilib. Mərkəzi İncəsənət Məktəbinin xor kollektivinin (xormeyster – Əməkdar müəllim
Zenfira Nurullayeva) ifasında səslənən,
musiqisi Oqtay Kazımiyə aid olan “Salamat qal, ana!”
mahnısı tədbiri
daha da təsirli
edib.
Sonda şəhid Mahir Mirzəyevin xatirəsinə ithaf olaraq Nərimanov Rayon Gənclər və İdman
İdarəsi tərəfindən keçirilmiş
basketbol üzrə turnirin
qalibləri mükafatlandırılıb.
Mədəniyyət.- 2020.- 19
fevral.- S.4.