“Vahidəm, xəlqimin qəzəl
şairiyəm”
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə.Vahid adına 1 nömrəli kitabxana filialında Azərbaycan qəzəl məktəbinin görkəmli nümayəndəsi, “Füzuli yadigarı”, qəzəlxan-şair Əliağa Vahidin anadan olmasının 125 illiyi ilə əlaqədar tədbir keçirilib.
“Vahidəm, xəlqimin qəzəl şairiyəm” adlı tədbirdə “Vahid” poeziya məclisinin, “Məcməüş-şüəra” məclisinin üzvləri, Əliağa Vahidin oğlu Ramiz İsgəndərov iştirak ediblər.
Kitabxananın müdiri Mətanət Qasımova, “Vahid” poeziya məclisinin sədri Hacı Rafiq Əliyev və başqaları çıxış edərək böyük qəzəlxanın ömür yolundan, zəngin yaradıcılığından söz açıblar.
Bildirilib ki, Vahid milli poeziyanın ənənələrini yüksək sənətkarlıqla davam etdirərək qəzəl janrının mükəmməl nümunələrini yaradıb.
Məclis üzvləri ustadın qəzəllərini oxuyublar. Kitabxanada Əliağa Vahidin əsərlərindən, jurnal və qəzet materiallarından, fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.
Sonda tədbir
iştirakçıları şairin
İçərişəhərdə yerləşən büstünü ziyarət ediblər.
Mədəniyyət.- 2020.- 19
fevral.- S.3.