Milli televiziyanın 64 yaşı qeyd olunub

 

Fevralın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan Televiziyasının 64, “Mədəniyyətkanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ölkəmizdə 1956-cı ildə ilk televiziyanın yaranmasından, eləcə 2011-ci ildə efir həyatına başlayanMədəniyyətkanalının fəaliyyətindən söhbət açılıb. Bildirilib ki, hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da maraqla baxılır. Azərbaycan TeleviziyasınınMədəniyyətkanalı mədəniyyətimizi təbliğ edir, eləcə dünya mədəniyyəti incilərini tamaşaçılarına çatdırır.

Sonra proqram bədii hissə ilə davam edib. Konsertdə Azərbaycan Televiziya Radiosunun Əfsər Cavanşirov adınaBənövşəuşaq xoru, “Fantaziyaskripkaçılar ansamblı, “Təbəssümrəqs qrupu çıxış edib. Proqramda Tofiq QuliyevinBizim bağ”, “Rəqs s. musiqi nömrələri təqdim olunub. Konsert Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

 

Mədəniyyət.- 2020.- 19 fevral.- S.6.