Sevginin “müvəqqəti versiyası”
Beynəlxalq Muğam Mərkəzində “Demo version of love” (Sevginin demo (müvəqqəti) versiyası) adlı musiqili-ədəbi gecə keçirilib.
Gecədə rəssam, dizayner, şairə və bəstəkar Rəsminə Qürbətova və YARAT Müasir İncəsənət Mərkəzinin departament rəhbəri Ülviyyə Axundovanın müəllifləri olduğu on iki kompozisiya və şeir səslənib.
Müəllifləri Bəbir Bəbirlinin rəhbərlik etdiyi musiqi qrupu müşayiət edib.
“Art Council Azərbaycan” təşkilatının dəstəyi ilə keçirilən tədbirdə sevginin başlandığı yoldan ayrılığa qədər məqamlarından söz açılıb.
Gecədə Ülviyyə Axundova
və Rəsminə Qürbətova əsərlərinin ruhi cazibədarlığı ilə
tamaşaçılara lirik ovqat bəxş edib. Musiqinin müşayiəti ilə səslənən
şeirlər gecəyə səmimiyyət qatıb.
Mədəniyyət.- 2020.- 19
fevral.- S.7.