Respublika Uşaq Kitabxanasından hədiyyə

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 14 fevral –“Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar “Yaşa” mərkəzində tədbir keçirilib.

Kitabla sevinək – kitabla yaşayaq” adlı tədbirin məqsədi insanların asudə vaxtlarını maraqlı təşkil etmək, onları daha aktiv həyata cəlb etməklə kitab və mütaliəyə marağı artırmaqdır.

Kitabxana və könüllülər – yeni imkanlar məkanı” layihəsi çərçivəsində reallaşan tədbirin qonağı Xalq şairi Vahid Əziz olub.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Beynəlxalq kitab bağışlama günü” haqqında məlumat verib, sonra Xalq şairi Vahid Əzizin yaradıcılığından söz açıb.

Vahid Əziz keçdiyi həyat yolundan, bədii yaradıcılığından danışıb, şeirlərini söyləyib. Xalq şairi “Dözmək olmur” şeirlər kitabını mərkəzə hədiyyə edib.

Sonda Respublika Uşaq Kitabxanası tərəfindən 150-dən çox kitabjurnalYaşa” mərkəzinə hədiyyə edilib.

 

Mədəniyyət.- 2020.- 19 fevral.- S.7.