Özbəkistanda ölkəmizlə
bağlı şeir müsabiqəsi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Qarabağ – Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan edib.
Müsabiqədə Azərbaycan və Özbəkistan ədəbiyyatı nümayəndələrinin vətənə və torpağa məhəbbət, tarixi dostluğumuz, Azərbaycan mədəniyyətinin mərkəzi olan Qarabağ, onun tarixi, abidələri, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, ədəbiyyatımıza və muğam sənətinə bölgənin verdiyi töhfələr və s. mövzularda əsərlərə üstünlük veriləcək. Müsabiqə çərçivəsində iki ölkə şairlərinin Qarabağa həsr etdikləri ən yaxşı şeirlərin seçilərək toplu halında nəşri planlaşdırılır.
Müsabiqəyə əsərlərin
martın 1-dən sentyabrın 15-dək AMM-in
elektron poçtuna
(culcenter.az@gmail.com) göndərilməsi xahiş
olunur. Həmçinin müəllif
haqqında qısa məlumat əlavə edilməlidir.
Mədəniyyət.- 2020.- 19
fevral.- S.8.