Romada Nizami Gəncəvinin
abidəsi ziyarət edilib
Romaya gələn
dövlət başçısı
həmin gün “Villa
Borghese” parkında dahi
Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
abidəsini ziyarət
edib. Prezident İlham Əliyev,
birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva abidənin önünə
gül dəstələri
qoyublar.
Abidə
“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin 870 illik
yubileyinin keçirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən
ucaldılıb. 2012-ci il aprelin 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı
ilə abidənin açılışı keçirilib.
İtaliyada Azərbaycan mədəniyyəti
günləri çərçivəsində
Romada Nizaminin abidəsinin açılması
iki ölkə arasında dostluq münasibətlərinə daha
bir töhfə olub. Abidənin müəllifləri Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.
Mədəniyyət.- 2020.- 21
fevral.- S.2.