Respublika Uşaq
Kitabxanasında görüş
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Kitabxana pedaqoji mükəmməlliyin tükənməz mənbəyidir” adlı tədbir keçirilib.
Öncə qonaqlara kitabxananın fəaliyyəti ilə bağlı məlumat verilib. Tədbir iştirakçıları kitabişləmə qaydası, kitabların oxuculara verilməsi işi ilə bağlı informasiya əldə edib.
Kitabxananın elmi işlər
üzrə direktor müavini
Zahirə Dadaşova
çıxışında bildirib ki, kitabxana məktəblərin
tələbatına uyğun olaraq məlumat bazaları yaradır. Bu xidmət növündən bütün
oxucular istifadə edirlər. Kitabxananın informasiya-resurs mərkəzinə
çevrilməsində kitabxanaçıların peşəkarlığı
əsas məsələdir. “Ümid edirik ki, “Rus
dilinin dərindən öyrənilməsi”
pilot layihəsi çərçivəsində
görəcəyimiz işlər və elmi
metodika şöbəsinin
hazırlayacağı materiallar da bu məqsədə xidmət
edəcək”, - deyə o əlavə
edib.
Mədəniyyət.- 2020.- 21
fevral.- S.3.