Masallı Tarix-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası

 

 

Fevralın 19-da Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib. Ekskursiya rayon Gənclər və idman idarəsinin, Təhsil şöbəsinin təşkilatçılığı ilə 2020-ci ildə Masallının “Gənclər paytaxtı” seçilməsi və bölgənin mədəni irsinin gənclərə tanıtmaq məqsədilə keçirilib.

 

Gənclər və idman idarəsinin rəisi Camal Manafov dövlət başçısının sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ilielan edilməsi və Masallı rayonunun “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar görüləcək işlərdən danışıb.

 

Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda bölgənin tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcudduronlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Həmçinin rəsm otağı, sərgi zalı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var.

 

Sonra Ə.Tağıyeva gəncləri muzeydə olan eksponatlarla tanış edərək rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş nümunələr haqda onlara məlumat verib.

 

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.3.