“Dədəm Qorqudun sözü

 

Fevralın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) mərhum dilçi alim, filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdinin “Dədəm Qorqudun sözü” adlı kitabının təqdimatı olub.

 

Universitetin sosialhumanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev çıxış edərək professor Əzizxan Tanrıverdinin həyat və fəaliyyətindən danışıb.

 

Kitabın tərtibçisi və redaktoru İlham Abbasov bildirib ki, yeni nəşr tanınmış alimin “Kitabi-Dədə Qorquda həsr olunan on dördüncü monoqrafiyasıdır. Ə.Tanrıverdi eposun şəxs adları, dağ kultu, at kultu, obrazlar sistemis. məsələləri komplekssistemli şəkildə araşdırıb.

 

ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, professor Təyyar Salamoğlu, dosent Məhərrəm Hüseynov, filologiya üzrə fəlsəfə doktoru Bəhram Cəfəroğlu Əzizxan Tanrıverdinin yüksək intellekt səviyyəsinə, dünyagörüşünə, zəngin mənəviyyata malik ziyalı olduğunu vurğulayaraq onunla bağlı xatirələrini bölüşüblər.

 

Sonda alimin oğlu Rəşad Tanrıverdi çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə ADPU-nun rəhbərliyinə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.6.