Qobustanjurnalının 50 illiyi qeyd edilib

 

Azərbaycan Yazıçılar Birliyinin nəşri olanQobustanjurnalının 50 illiyi fevralın 18-də Bakı Kitab Mərkəzində qeyd edilib.

 

Mərkəzin direktoru Günel Rzayeva tədbiri açaraq yarıməsrlik tarixə malik nəşrlə bağlı fikirlərini bölüşüb. Bildirib ki,  Qobustanədəbiyyat, incəsənət, mədəniyyət xadimləri ilə yanaşı, sənətdə yeni addımlarını atan şair, yazıçı tərcüməçilərin, eyni zamanda türk digər xarici ölkə ədəbiyyatı nümayəndələrinin əsərlərinin dərc olunduğu jurnaldır.

 

Jurnalın baş redaktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlı vurğulayıb ki, nəşrin günümüzədək gəlib çatmasında Xalq yazıçısı Anarın xüsusi rolu olub: “Jurnalda 50 ildə çalışan insanların əməyi, təbii ki, danılmazdı. Ən əsası odur ki, jurnal bu gün də yaşayır”.

 

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar jurnalın keçdiyi tarixi yola nəzər salıb, toplunun yaranma tarixi və fəaliyyətindən söz açıb. Vurğulayıb ki, “Qobustan” jurnalı fəaliyyətə başladığı dövrdən bir necə il sonralaradək çətin, məşəqqətli yol keçib. Ancaq buna baxmayaraq, jurnal o vaxtkı yaradıcı kollektivin xüsusi əməyi ilə inkişaf etdirilib: “Jurnalın bu günədək fəaliyyət göstərməsində ulu öndər Heydər Əliyevin xidmətləri böyük olub. Ömrümün 29 iliniQobustana sərf etmişəm, sonra Xalq şairi Fikrət Qoca, bu gün isə Vaqif Əlixanlı jurnala rəhbərlik edib.Qobustan” yaşayıb və yaşayacaq”.

 

Xalq yazıçısı Elçin söyləyib ki, “Qobustan” Azərbaycanda ədəbi və mədəni mühitin formalaşmasında xüsusi yeri olan jurnaldır: “Bu jurnalın ərsəyə gəlməsində bilavasitə iştirak etməmişəm. Ancaq onu deyə bilərəm ki, “Qobustano dövrdəki gənc ədiblərin hiss və həyəcanlarını ifadə edirdi. Bu jurnal hamımızın jurnalı idi. “Qobustan” təkcə yazılarımın çap olunduğu üçün mənə əziz deyil, həm də xoş xatirələri yada saldığı üçün sevimlidir. Mənim üçün bu 50 ilin ən əsas cəhəti odur ki, jurnal oxucuları ilə hər zaman bir yerdə olub”.

 

Çıxış edən digər natiqlər jurnalın fəaliyyətindən söz açıb, kollektivi təbrik ediblər.

 

Tədbir konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.5.