“Nənəmin sandığından...”

 

Xalça Muzeyi uşaq və yeniyetmələri dəvət edir

 

Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi növbəti layihəsini təqdim edir. Muzeydən bildirilib ki, 10 yaşdan yuxarı uşaq və yeniyetmələr martın 1-dən iyunun 1-dək, həftənin şənbə günləri (saat 10:00-13:00) muzeydə milli geyimlərin tikilməsi və təbliği məqsədilə həyata keçiriləcək təhsil proqramına qatılmaq imkanı əldə edəcəklər.

 

“Nənəmin sandığından yaranmış Fashion Show’’ adlı proqram müddətində iştirakçılara milli geyimlərimizin tarixi, həmçinin materiallardan istifadə qaydaları, məmulatın tikilmə üslubu haqqında nəzəri və praktik dərslər keçiriləcək. 3 aylıq təhsil proqramının sonunda iştirakçılar tərəfindən hazırlanmış kostyumların moda nümayişi olacaq. Təhsil proqramını uğurla bitirən uşaqlara sertifikatlar təqdim ediləcək.

 

Mədəniyyət.- 2020.- 21 fevral.- S.4.