“Xəzər” jurnalının yeni sayında
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşri olan “Xəzər” dünya ədəbiyyatı jurnalının 2020-ci il üzrə ilk sayı çapdan çıxıb.
Jurnalın yeni sayında oxucular “Nobel kürsüsü” rubrikasında Peter Handkenin “Onbirmetrlik zərbədən qorxan qapıçı” romanından parça, “Fransız nəsri” rubrikasında Jan Brüller Verkorun, “Alman nəsri” rubrikasında Ziqfrid Lentsin hekayələri, eləcə də polyak yazıçısı Marek Xlaskonun “Pəncərə” hekayəsini oxuya bilərlər.
“Avropa poeziyası” rubrikasında Salvatore Kvazimodonun şeirləri, “Yazıçı mətbəxi” rubrikasında Milan Kunderanın “Roman sənəti” əsəri, “Yaddaş”da Mişel Hoanqın “Çingiz xan” əsəri dərc olunub. “Xəzər”in bu sayında həmçinin Sergey Eyzenşteynin “Ekran əsəri və montaj xəttinin əsasları”, Vsevolod Meyerholdun “Teatrın tarixi və texnikası haqqında” və digər maraqlı yazılar yer alıb.
Mədəniyyət.- 2020.- 21
fevral.- S.8.