Xocalı faciəsi bəşəriyyətə
qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
Xocalı soyqırımının 28-ci ildönümü Füzuli
rayonunda silsilə tədbirlərlə qeyd olunur.
Füzuli Dövlət Dram Teatrında
keçirilən növbəti tədbirdə rayonun
səhiyyə işçiləri iştirak
edib. Əvvəlcə Xocalı
soyqırımı qurbanlarının və Vətənimizin ərazi
bütövlüyü uğrunda
şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad olunub.
Füzuli Rayon İcra
Hakimiyyəti başçısının müavini,
ictimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri
Gülbahar Eyvazova və
Füzuli Rayon Mərkəzi
Xəstəxanası publik hüquqi
şəxsin baş direktoru
Natiq Şükürov
tədbirdə çıxış edərək, erməni
millətçilərinin keçmiş SSRİ-nin 366-cı
motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalıda törətdikləri qırğının acı
nəticələrindən danışıblar. Bildirilib ki, ermənilərin
28 il əvvəl Xocalıda törətdikləri
bu qətliam, amansızlıq və vəhşilik
təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə
qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.
Diqqətə çatdırılıb ki, Õîcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.
Sonda Füzuli
Dövlət Dram Teatrının
aktyorlarının iştirakı ilə Akif
Həsənoğlunun “Yaddaş” pyesi nümayiş olunub.
Xalq qəzeti 2020.- 22 fevral.- S.10.