Azərbaycan Özbəkistanda keçirilən konfransda təmsil olunub

 

Daşkənddəki Nəvai adına Ədəbiyyat Muzeyində “Suyima Qəniyevanın elmi irsi və mətnşünaslıq məsələləri” mövzusunda elmi-ədəbi konfrans keçirilib.

 

Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında ədəbi əlaqələrin inkişafından danışıb. Bildirib ki, Suyima Qəniyeva nəvaişünas və mətnşünas alim kimi tanınsa da, Şərqin, o cümlədən Azərbaycanın bir çox şair və mütəfəkkirlərini tədqiq edib. O, Nizami, Füzuli, Nəsimi və digər klassik şairlərimiz haqqında məqalələr yazıb.

 

Sonra S.Abbasov Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin Daşkənddə özbək dilində çap olunan “Xəmsə”sini muzeyə hədiyyə edib.

 

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.8.