Beşinci Buktreyler Festivalında iştirak üçün 8 addım

 

 

Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Mədəniyyət Nazirliyinin, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi Azercellşirkətinin əsas tərəfdaşlığı ilə keçirilənKitabı tanıdın, kitabla tanınınsloqanlı festivalda iştirak etmək üçün 8 addımı nəzərinizə çatdırırıq:

 

 

 

1. Online qeydiyyatdan keçin

 

Festivalın www.booktrailer.az saytına daxil olub iştirakçı kimi qeydiyyatdan keçin.

 

 

 

2. Sevdiyiniz kitabı seçin

 

İstədiyiniz azərbaycanlı yazıçının kitabını seçdikdən sonra buktreyleri hansı formada çəkəcəyinizi qərarlaşdırın: oyun (aktyorların iştirakı ilə); qeyri-oyun (aktyorların iştirakı olmadan); animasiya ya qrafika (cizgi filmi).

 

 

 

3. Buktreylerin ssenarisini yazın

 

Bunun üçün kitabın ən maraqlı anlarını seçin. Unutmayın ki, buktreylerinizin maraqlı baxımlı olması məhz ssenaridən asılıdır.

 

 

 

4. Buktreyleri hazırladığınız ssenari əsasında çəkin

 

Çəkiliş zamanı istənilən texnikadan, hətta kamerasının minimal ölçüsü 1080p Full HD (1920x1080) olan smartfonlardan da istifadə etməkləƏn yaxşı mobil bukteylernominasiyasında iştirak edə bilərsiniz.

 

 

 

5. Çəkdiyiniz materialı montaj edin

 

Montaj zamanı saytımızda buktreylerlərə qoyulmuş tələblərlə diqqətlə tanış olun riayət edin. Xronometraj: 3 dəq.

 

 

 

6. Montaj etdiyiniz materialın səs musiqi tərtibatını işləyin

 

Musiqi seçimində diqqətli olun, bəzi musiqilərdən istifadə etdikdə müəllif hüquqlarının pozulması  səbəbindən buktreyler sosial şəbəkələrdə yerləşdirilə bilmir.

 

 

 

7. Buktreylerinizi festivala göndərin

 

Buktreylerinizi www.wetransfer.com saytı üzərindən 1 aprel 2019-cu il tarixədək festival2019@booktrailer.az ünvanına göndərin.

 

 

 

8. Buktreylerinizi qeydiyyatdan keçirin qalib olmaq şansını əldə edin

 

Saytımızda qeyd olunmuşBuktreylerin qeydiyyatılinkinə keçid etməklə oradakı məlumatları doldurun.

 

Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 500 AZN, “Ən yaxşı mobil buktreylernominasiyası üzrə 1000 AZN pul mükafatları gözləyir.

 

 

 

Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel 2020-ci il.

 

Festival barədə ətraflı məlumatı www.booktrailer.az saytından ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

 

Instagram: https://www.instagram.com/BooktrailerFest

 

Facebook: https://www.facebook.com/BooktrailerFest

 

Youtube: https://www.youtube.com/BooktrailerFest

 

Həmçinin, bütün suallarla bağlı e-mail vasitəsilə müraciət etmək mümkündür: festival2020@booktrailer.az

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.8.