Ana dilimiz – mənəvi sərvətimiz”

 

 

Azərbaycan TurizmMenecment Universitetində (ATMU) 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz – mənəvi sərvətimiz” mövzusunda tədbir keçirilib.

 

Tədbirdə ATMU-nun rektoru İlham Mədətov əlamətdar günün tarixi barədə danışıb. Bildirib ki, bu gün 1999-cu ildə UNESCO tərəfindən dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı, Dillər kafedrasının dosenti Seyidəli Məmmədli və müəllim Almaz Zöhrabova çıxış edərək ana dilimizin inkişaf tarixindən və milli sərvətimizə dövlət qayğısından söz açıblar.

 

Tələbələr ana dilimizi vəsf edən şeirlər söyləyiblər. Tədbir Bəxtiyar Vahabzadənin “Ana dilimşeirinin şairin öz səsində lent yazısının təqdimatı ilə başa çatıb.

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.6.