“Faciəni unutmayaq...”

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “İdrakliseyi ilə birgə “Xocalı faciəsini unutmayaq!” adlı anım tədbiri keçirib.

 

Uşaqlar həmin gecə baş verən hadisələri şeir, mahnı və hazırladıqları bədii kompozisiyalarla canlandırıblar. Tədbirdə Yazıçılar Birliyinin üzvü, əslən Xocalıdan olan şair Ələmdar Quluzadə qonaq qismində iştirak edib.

 

Faciəni əks etdirən videoçarx və uşaqların Xocalıya həsr etdikləri rəsmlər nümayiş olunub. Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasından bəhs edib.

 

Tədbir uşaqların dilindən “Biz Xocalını unutmuruq! Xocalıya ədalət istəyirik!” şüarı ilə  yekunlaşıb.

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.2.